Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Viktor Yerofeyev: “Böyük Terrorun cəlladlarını tanımaq niyə önəmlidir”


Rus yazıçı Viktor Yerofeyev.

Rus yazıçı Viktor Yerofeyev.

"Memorial" beynəlxalq hüquq müdafiə təşkilatı “Böyük Terror” dönəmində işləmiş 40 min NKVD əməkdaşı barədə məlumatı dərc edib. Rus yazıçısı Viktor Yerofeyev bu haqda "DW" saytına məqalə yazıb. Oxu Zalı məqaləni ixtisarla təqdim edir.

Viktor Yerofeyov: “Böyük Terrorun cəlladlarının adlarını bilmək nəyimizə lazımdır”

“Memorial” təşkilatının hazırladığı siyahı konkret tarixi reallığın bərpa olunması və Rusiyanın növbəti stalin dalanından çıxarılması yönündə önəmli addımdır.

Tarixi hadisə baş verib. İlk dəfədir ki, 1930-larda Rusiyanı Böyük terrorun qanına bürüyən qırx min Stalin “qəhramanı”nın: təhqiqatçıların, hakimlərin, güllələyənlərin adları açıqlanır. Bu hadisə hamını narahat etdi: həm Stalinin düşmənlərini, həm də dostlarını. Hətta Kreml də bunu “həssas mövzu” adlandıraraq narahatlığını bildirdi.

Buna da bax: Cəmil Həsənli: '30-cu illərdə nə qədər ağır işgəncə versələr də, şalvar soyundurmayıblar'

Nasist cinayətkarlarının müharibədən sonra səylə axtarılmasının əksinə Stalin cəlladlarını heç kim axtarmadı. Beriya və onun ətrafından başqa yerdəqalanların az qala hamısı təşəkkürnamə alaraq pensiyaya çıxdılar, bunun ardınca isə ölü canlara çevrildilər. Sonda onlar gözəgörünməz-cəlladlara çevrildilər. Sanki onların qurbanları boşluq və mənasızlıq idi. Ancaq NKVD (Daxili İşlər üzrə Xalq Komissarlığı) və onların gələcək həmkarları tarixin kolları arasında gizlənə bilməyəcəklər. Bu təkcə cəza deyil, həm də xəbərdarlıqdır.

NKVD-nin ölü canlarının eksqumasiyası baş verdi. Qəbirlərini deyil, arxivlərini açdılar. “Memorial” Andrey Jukovun 15 illik əməyi nəticəsinə ərsəyə gəlmiş “1935-1939-cu illərdə SSRİ-nin dövlət təhlükəsizlik orqanlarının kadr tərkibi” işini internetə yerləşdirdi. Adsız cəlladların soyadları ortaya çıxdı. “Xalq düşmənlərini” xəbərləyən, işgəncə verən, həbsə atan, güllələyən və ölümündən sonra gizlincə adını hər yerdən silən yalanç ustaları gerçək cinayətkarların adları məlum oldu.

Əlbəttə bu siyahı gec ortaya çıxdı! Detallı siyahının yayımlanması üçün cəhdlər 1990-ların əvvələrində Yeltsin dönəmində uğursuzluğa düçar oldu. Bu Rusiyanın yenidən daha böyük stalinizm dalğasıyla qarşılaşmasının səbəblərindən biridir. Və bu yeni şərtlər altında Andrey Jukovun siyahısı Satilinin tarixi statusunu bərpa etməyə çalışanlara böyük bir zərbədir. Ölkədə hökümət əlaltdan uğurla Stalini reablitasiya etməyə çalışarkən, on minlərlə cəlladın soyadının yayılması Rusiyanın gələcəyinə tərəf doğru bir addımdır.

Yenə də ümüd var ki, nə zamansa məntiq, sağlam təfəkkür, nəhayət Rusiyaya sevgi üstün gələcək.

Buna da bax: Holodomordan bəhs edən ilk Qərb filmi "Acı məhsul" ekranlara çıxır

Bu isə o deməkdir ki, "Memorial"ın hazırladığı cəllad siyahısı məhkəmə qarşısına çıxarılacaq (doğrudur onların çoxusu ölüb, elə yəqin ki, stalinistlərin məhkəmələri də səthi olacaq), həm də konkret tarixi reallığın bərpa olunması və Rusiyanın növbəti Stalin dalanından çıxarılması üçün çıxış yolu axtarılmasın yardımçı olacaq.

(Yazıdakı fikirlər müəlifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG