Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:38

Noyabrın 25-də Kiyev məhkəməsi keçmiş Ukrayna prezidenti Viktor Yanukovychi Maydan hadisələri ilə bağlı dindirməli idi. Ancaq dindirmə noyabrın 28-nə kimi təxirə salındı.

Təxirəsalmanın səbəbi Berkut adlı xüsusi təyinatlı dəstənin keçmiş üzvlərinin məhkəməyə gətirilə bilməməsi olub. 2014-cü ilin Maydan hadisələri vaxtı nümayişçilərin öldürülməsində ittiham olunan bu xüsusi təyinatlılar təcridxanada saxlanır, təcridxananı isə Sağ Sektorun üzvləri blokadaya alıb, müttəhimləri gətirməyə qoymayıblar.

Rusiyanın Rostov şəhərində yaşayan eks-prezident Yanukovych məhkəmədə şahid qismində ifadə verməli idi. Dindirmə video bağlantı şəklində olmalı idi.

YANUKOVYCH MİLLƏTÇİLƏRİ VƏ HAKİMİYYƏTİ GÜNAHLANDIRIR

Təxirəsalma ilə bağlı Yanukovych millətçiləri günahlandırıb və deyib ki, Maydan hadisələri vaxtı törədilmiş cinayətlərə görə qorxu indi də yaşayır. Yanukovych jurnalistlərə deyib ki, millətçilər Maydan vaxtı törətdikləri cinayətlərin üstünün açılacağından qorxur. O bildirib ki, radikallar Ukrayna qanunlarından kənar işləyir.

Yanukovych

Yanukovych

Yanukovychin sözlərinə görə, o,Maydan hadisələri vaxtı 100-dən etirazçının ölümünün səbəbləri haqda həqiqətin üzə çıxmasını istəyir.

Noyabrın 25-də Rossia 24 televiziyasına müsahibə verən Yanukovych Ukrayna hakimiyyətini ittiham edib ki,onda olan ilkin məlumata görə, bu günki məhkəmə dinləməsini pozmaq üçün təxribatı Ukkrayna hakimiyyəti törədib. O hesab edir ki, hakimiyyət nəyin bahasına olursa-olsun onun ifadə verməsinin qarşısını almağa çalışır.

Yanukovych deyir ki, o və onun köməkçiləri 3 cilddən ibarət materilalar hazırlayıblar. Yanukovych bildirir ki,məhkəmədən və Baş prokurordan bu materilallarda deyilənləri yoxlamağı xahiş edəcək.

HAMININ ÖLÜMÜ ARAŞDIRILMALIDIR

Eks-prezidentin fikrincə, indiki cinayət işi Maydanda hüquq-mühafizə işçilinin ölümünün də araşdırılması olmadan mümkün deyil. Onların ağıryaralanmasının və ölümün səbəbləri barədə suallar cavabsız qalır. O deyir ki, bu, ədalətsizdir və Ukrayna konstitusiyasının pozulmasıdır.

Yanukovychin vəkili Vitali Serdyuk bildirib ki, Yanukovych Ukrayna vətəndaşı olaraq qalır və Rusiya pasportu almayıb. Onun ifadəsini dinləmək üçün məhkəmədə 300 jurnalist qeydə alınmışdı.

Yanukovych 2010-2014-cü illərdə Ukrayna prezidenti idi. 2014-cü ildə onun istefasını tələb edən Maydan etirazlarından sonra ölkəni tərk edib, Rusiyada sığınacaq aldı. Korrupsiya ilə ad çıxarmış Yanukovych barəsində Ukraynada bir neçə cinayət işi açılıb. Yanukovych Ukraynada axtarışa verilib, onun Ukraynadakı əmlakına həbs qoyulub.

Bu ilin oktyabrında Rusiya DİN rəsmi olaraq bildirdi ki, Yanukovychə müvəqqəti sığınacaq verilib.

2013-2014-cü ilin qışında Kiyevdə Maydandakı etirazlarda 106 adam ölüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG