Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, ondan sonra paytaxt Astananın adını dəyişdirməyə heç bir ehtiyac yoxdur.

Nazarbayev noyabrın 25-də dərc edilən müshibəsində bildirib ki, hamı şəhəri Astana kimi tanıyır, bu brenddir və onun dəyişdirilməsinə heç bir ehtiyac yoxdur.

Ölkə parlamentinin noyabrın 23-də qəbul etdiyi bəyannamədə Nazarbayevdən sonra paytaxt Astana və ölkədəki bir sıra vacib obyektlərə onun adını vermək təklif olunur.

Bəyannamədə 25 illik hakimiyyəti dövründə Nazarbayevin xalqa böyük xidmətlər göstərdiyi qeyd edilir.

76 yaşlı Nazarbayev ölkəni 1989-cu ildən idarə edir.

Parlament 2010-cu ildə ona “Elması”-xalqın lideri titulu verib ki, bu hakimiyyətdən sonra ona və ailə üzvlərinə ömürlük toxunulmazlıq hüququ verir.

Bundan başqa Nazarbayevin prezident seçilməsinə məhdudiyyət yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG