Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Rusiya federal mühavizə xidmətinin generalı Gennadi Lopırev saxlanıb.

O, qanunvericiliyi pozma ittihamı ilə məsuliyyətə cəlb olunub.

Bu barədə İnterfaks agentliyi xəbər yayıb.

Xidmətin Soçi bölməsində aparılan yoxlama zamanı ciddi qanun pozuntuları aşkar edildiyi bildirilir.

Amma məhz hansı pozuntulara yol verildiyi açıqlanmır.

“İzvestiya” qəzeti də noyabrın 25-də Federal təhlükəsizlik xidməti və Soçi rəhbərliyinə istinadla Lopırevin oğurluq və mənimsəmə ittihamı ilə Soçidə saxlanaraq Moskvaya aparılması barədə məlumat yayıb.

Məlumata görə onun mənzilində milyard rubl aşkar edilib.

Qəzetin yazdığına görə səhər saatlarında bu işlə bağlı Soçi meriyasında axtarış aparılıb.

Söhbət olimpiya obyektlərinin tikintisinə torpaq sahələrinin ayrılmasından gedir.

Başqa bir mənbənin məlumatına görə isə bu işlə bağlı Soçi administrasiyası və güc qurumlarının bir sıra məmurlarına qarşı iş açılıb, həftə boyu bir sıra yoxlamalar aparılıb.

Amma bir qədər sonra mlumat “İzvestiya”dan yığışdırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG