Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

Azərbaycanın xarici dövlət borcu artıb.

Maliyyə Nazirliyinin məlumatına görə, bu il oktyabrın 1-də Azərbaycanın xarici borcu 7 milyard 650.7 milyon ABŞ dolları (12 milyard 402.6 milyon manat) olub.

Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 20.1 faiz təşkil edib. Bu, aprelin 1-nə olan rəqəmdən 202 milyon dollar çoxdur.

Borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəlikləri daxil edilib.

Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından alınan kreditlər hesabına yaranıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG