Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Avropa Parlamenti Türkiyə ilə üzvlük danışıqlarını dayandırmağa səs verdi


Avropa Parlamenti

Avropa Parlamenti

Avropa Parlamenti Türkiyə ilə Avropa Birliyinə üzvlük danışıqlarını dayandırmaq qərarına səs verib.

Avropa Parlamentinin qəbul etdiyi qətnamə Avropa Birliyinin üzvü olan 28 ölkədən xahiş edir ki, “fövqəladə dövlət vəziyyətində qeyri-mütənasib tədbirlər başa çatmayınca, Türkiyə ilə üzvlük danışıqları müvəqqəti dondurulsun.”

Türkiyənin baş naziri Binali Yıldırım xəbərdarlıq edib ki, Avropa parlamentinin bu qərarı Avropa Birliyinə daha çox ziyan vurur, nəinki Türkiyəyə.

Yıldırım deyib: “Mən razıyam ki, bu, Türkiyəyə ziyandır, ancaq Avropaya 5-6 dəfə çox ziyandır”.

Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Omer Çelik “bu səsverməni ciddi qəbul etmədiyini” söyləyir. Onun fikrincə, bu səsverməAvropa dəyərlərinin pozulmasıdır.

Səsvermədən bir gün qabaq Türkiyə prezidenti Erdoğan demişdi ki, “səsvermənin nəticəsindən asılı olmayaraq son qərarınbizim gözümüzdə heç bir dəyəri yoxdur”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG