Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:22

Gənc tərcüməçilərinin yaratdığı "Tərcüman" nəşriyyatı ilk kitabını buraxıb


Niccolo Ammaniti-nin "Sən və mən" kitabı azərbaycanca.
Niccolo Ammaniti-nin "Sən və mən" kitabı azərbaycanca.

Gənc tərcüməçilərinin yaratdığı "Tərcüman" nəşriyyatı ilk kitabını buraxıb

Əsası peşakar tərcüməçilər tərəfindən qoyulmuş “Tərcüman” nəşriyyatı italyan ədəbiyyatından yeni bədii kitab tərcümə edib. “Sən və mən” adlanan əsər günümüz italyasının ən məhşur yazıçılarından olan, İtalyanın milli kitab mükafatı – “Strega”nın qalibi Nikkolo Ammaniti tərəfindən qələmə alınıb. Kitab yazıldığı ilk ildən oxucuların rəğbətini qazanmışdır və bir çox dünya dillərinə tərcümə olunmuşdur. Hətta əsəri oxuyan məşhur italyan rejissor Bernardo Bertoluççi uzun fəsilədən sonra “Sən və mən” romanın motivləri əsəsında film çəkərək böyük filmə qayıdış etmişdir.

Buna da bax: Baxılmalı 10 italyan filmi

Əsər haqqında:

Lorenzo duyğusal, ağıllı, xəyalpərəst amma eyni zamanda qapalı və yalnızlığı sevən 14 yaşlı bir gəncdir. Valideynlərinə yalan deyərək qış tətili adıyla öz yaşadıqları binanın zirzəmisində bir həftə keçirir. Ailəsindən, sinif yoldaşlarından, göstərişi sevən, olduğu kimi davranmayan insanlardan uzaqlaşmaq və qış tətili bəhanəsi ilə qayğısız bir həftə keçirtmək Lorenzonun nə qədər ürəyincə olsa da, qəfil gələn qonaq onun həyatını tamamilə dəyişir və onu həqiqi dünya ilə tanış edir. Ammaniti kiçik vasitələrlə ən ağlabatmaz sirlərdən biri olan insanın necə böyüdüyünə dair oxucunu fəth edən qüsursuz bir hekayə yaradır.

Kitabı italyan dilindən azərbaycancaya Abuzər Cəfərov çevirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG