Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:30

Qusar rayonunda 45 yaşlı kişinin donaraq öldüyü bildirilir.

APA-nın xəbərinə görə, rayonun Cibir kənd sakini Mehdi Şeydayev şaxtada donub.

Olayın detalları açıqlanmır.

Faktı rayon prokurorluğu araşdırır.

Buna da bax:​ Azərbaycanda 16 dərəcə şaxta qeydə alınıb

Ötən gün, noyabrın 23-ü səhər saatlarında da Bakıda donmuş naməlum kişi meyiti tapılmışdı.

Hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində baş vermişdi. Polis 45-50 yaşlarında kişinin soyuqdan donduğunu bildirmişdi.

Son günlər Azərbaycanda gecələr şaxtalı keçir. Noyabrın 22-si gecə ölkənin dağlıq ərazilərində 16 dərəcə şaxta qeydə alındığı bildirilirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG