Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Bağdad yaxınlığında törədilən partlayışda azı 80 nəfər ölüb.

Partlayışı yanacaqdoldurma məntəqəsində intiharçı törədib.

Bu məntəqə Bağdadın 120 kilometrliyində yerləşir.

İrandan Kərbəlaya gedən iranlı zəvvarlar adətən bu məntəqənin yaxınlığındakı restoranda dayanırlar.

Partlayış vaxtı yanacaqdoldurma məntəqəsində zəvvarlarla dolu bir neçə avtobus olub.

Bəzi məlumatlara görə ölənlərin 10-u iraqlı, qalanları isə iranlıdır.

Reutersin məlumatına görə, partlayışa görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Son aylar Bağdadda bir neçə belə partlayış törədilib.

Təkcə iyulda törədilən belə partlayışlardan birində təxminən 300 adam ölüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG