Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Ünlü türk şairi Nazim Hikmətin 1954-cü ildə Kiyevə səfəri zamanı çəkdirdiyi fotolar tapılıb.

Türkiyə mediasının (DHA) yaydığı xəbərə görə, fotoları alim Mahir Aslan və jurnalist Sonat Kerem üzə çıxarıb.

Fotolarda Nazim Hikmət Kiyev vağzalında şair ve yazıçı dostları və onu qarşılamağa gələn insanlarla bərabər görünür.

Buna da bax:​ Sovet vaxtı Nazim Hikmətlə görüşən türk jurnalistin xatirələri

Nazim Hikmət Ukraynanın Rusiya ilə birləşməsinin 300-cü ildönümü tədbirlərinə qatılmaq üçün 1954-cü ilin mayında Ukraynanın paytaxtı Kiyevi ziyarətə gəlibmiş.

Nazim Hikmət Kiyev vağzalında

Nazim Hikmət Kiyev vağzalında

Ötən il ünlü şairin bu ziyarətdə çəkdirdiyi daha bir fotosu üzə çıxmışdı.

Foto 1995-ci ildə vəfat edən Ukrayna yazıçısı Oles Gonçarın şəxsi arxivindən tapılmışdı.

Nazim Hikmət (1902-1963) Türkiyədə sərbəst şeirin ilk yaradıcısı və müasir türk poeziyasının ən önəmli simalarındandır.

Buna da bax: Nazim Hikmət. Deməyə də dilim gəlmir, amma...

XX əsrin ən şöhrətli dünya şairləri sırasında onun da adı çəkilir.

Əsərləri 50-dən çox dilə çevrilib və sağlığında müxtəlif mükafatlara layiq görülüb.

“Romantik kommunist”, “romantik inqilabçı” olaraq anılan şair siyasi düşüncələri üzündən dəfələrlə tutulub və həyatının böyük bir hissəsini həbsdə və sürgündə keçirib. İstanbul, Ankara Cankırı və Bursa həbsxanalarında 12 ildən çox məhbəs həyatı yaşayıb.

Buna da bax:​ N.Hikmət Evinin rəhbəri: "Bu ev həm də azərbaycanlılara məxsusdur"

1951-ci ildə türk vətəndaşlığından çıxarılıb.

Nazim Hikmət Kiyev vağzalında

Nazim Hikmət Kiyev vağzalında

Ölümündən 45 il sonra-2009-cu il yanvarın 5-də yenidən türk vətəndaşlığına alınıb. 1951-ci ildən ömrünün sonunadək Moskvada yaşayıb. Moskvadakı Novodeviçi məzarlığında dəfn olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG