Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Müdafiə naziri: 'Məqsədimiz torpaqların azad olunmasıdır'


Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində

Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində

“Bu gün dövlət rəhbərliyinin əsas məqsədi Silahlı Qüvvələrin döyüş qabiliyyətini gücləndirilərək, torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirməkdən ibarətdir”.

Bu sözləri müdafiə naziri Zakir Həsənov deyib. Nazir noyabrın 24-də Silahlı Qüvvələrin hərbi tibb xidmətinin ilin yekunlarına həsr olunmuş toplantısında çıxış edib.

Buna da bax:​ Azərbaycan təlim keçirir, Ermənistanla Rusiya qoşun yaradır... [video]

Nazir Silahlı Qüvvələrdə irimiqyaslı quruculuq işləri aparıldığını, bu işlərin ölkə başçısının diqqət mərkəzində olduğunu qeyd edib. O, tibb xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmalı olduğunu vurğulayıb.

İştirakçıların suallarını da cavablandıran nazir hərbi xidmətdə fərqlənən bir qrup zabitə medallar təqdim edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG