Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:10

Abdulla Şaiqin 135 illiyinə 2 ərməğan


Abdulla Şaiq
Abdulla Şaiq

Noyabrın 25-də, saat 12.00-də Milli Kitabxanada F. Köçərli adına Respublika Uşaq Kitabxanasının hazırladığı “Abdulla Şaiq. biblioqrafiya” kitabı və “Abdulla Şaiq” elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, təqdimat mərasimi Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abdulla Şaiq Talıbzadənin anadan olmasının 135 illiyinə həsr olunacaq. “Abdulla Şaiq. biblioqrafiya” kitabı və “Abdulla Şaiq” elektron məlumat bazası F. Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində hazırlanıb. Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi, AMEA Ədəbiyyat İnstitutunun və Əlyazmalar İnstitutunun əməkdaşları, Abdulla Şaiqin ev muzeyinin əməkdaşları, tanınmış şair və yazıçılar iştirak edəcək.

Buna da bax:​ Abdulla Şaiqin baxışı, Mirəli Qaşqayın daşı...

448 səhifəlik biblioqrafik göstəricidə A. Şaiqin 1906-2016-cı ilədək nəşr olunan əsərləri, həyat və yaradıcılığı haqqında materiallar toplanıb.

Vəsait şairin keçdiyi dolğun həyat yolunu və zəngin yaradıcılığını ətraflı işıqlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG