Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Ziyafət Əsgərov: ‘Azərbaycan böhranda da iqtisadiyyatını inkişaf etdirib’


Ziyafət Əsgərov

Ziyafət Əsgərov

“Hazırda Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır”.

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. APA-nın xəbərinə görə, o, noyabrın 24-də Bakıda “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” mövzusunda keçirilən konfransda çıxış edib.

Buna da bax:​ Ərzaq bahalaşır, maaş və pensiyalar artmır

Z. Əsgərov bildirib ki, Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır.

“Azərbaycan son dövrlər iqtisadi böhranın baş verdiyi bir şəraitdə də iqtisadiyyatını inkişaf etdirə bilib. Azərbaycan dinlərarası münasibətlərdə dünya ölkələrinə nümunə kimi göstərilir”, deyən Z. Əsgərov Azərbaycanın müstəqilliyinin ilk illərində çətin dövr yaşadığını söyləyib.

Buna da bax: «Hakimiyyət özünü beynəlxalq aləmin hədəfinə gətirir»

“Azərbaycan xalqı çətin sınaqlarla üzləşməklə yanaşı, parçalanmaq təhlükəsini yaşadı. Ölkəmizin müstəqilliyi ulu öndərin hakimiyyətə qayıdışı ilə qorunub saxlanıldı”, o, bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG