Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

ABŞ-da Azərbaycana silah göndərmək istəyən həbs olunub


Gürcüstan ordusunda zenit pulemyotu

Gürcüstan ordusunda zenit pulemyotu

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) qanunsuz silah alverində şübhəli bilinən 39 yaşlı İsrail vətəndaşı Anri Şuşan və belorus əsilli 65 yaşlı Benyamin Qolınkin-i Floridadakı Pompano Beach-də həbs edib. FTB uzun müddət onların izləyib.

Bu haqda “Sun Sentinel” internet portalı xəbər verir.

Xəbərdə A.Şuşanla B.Qolınkinin İraq, Sudan və Azərbaycanla qanunsuz silah alverində şübhəli sayıldığı bildirilir.

Buna da bax:​ İsrailin 'Dəmir Günbəz' raketləri 'Iskander'ləri vurmağa qadirdirmi?

“Sun Sentinel”də yayımlanmış məqalədə qeyd olunur ki, onlar 1 milyon dollarlıq silah satışı hazırlığında olublar. Portal federal prokurorlara istinadən bildirir ki, saxlanan şəxslər ABŞ-ın silah ixracına qadağa qoyduğu İraq və Sudana sursat göndərməyi nəzərdə tutublar. Sursat 500 min ədəd 23 millimetrlik zenit pulemyotu patronundan ibarət olub.

Məqalədə sursatın əslində İraqdan sifariş edildiyi bildirilir.

Prokurorlar həmçinin, portala deyiblər ki, iki il əvvəl ABŞ-a köçən Anri Şuşan ehtimal ki, silah alveri məsələləri ilə bağlı danışıqlar aparmaqdan ötrü Almaniya, Avstriya, Qvatemala, Rusiya, Kolumbiya və Azərbaycanda olub. Həmin səfərlərdən sonra ona bir neçə yüz min dollar, o cümlədən, Azərbaycandan 170 min dollar köçürülüb.

Buna da bax: Azərbaycan zirehli maşın buraxacaq

Məqalədə vurğulanır ki, gizli FTB agenti A.Şuşanla əlaqə qurmağa müvəffəq olub. A.Şuşan ondan Azərbaycana 5000 ədəd M4 snayper tüfənginin göndərilməsində yardım istəyib. A.Şuşan Azərbaycana göndərilməsi “planlanan” silahlarla bağlı gərəkli bilgiləri təqdim edən FTB agentinə öncədən 10 min dollar da ödəyib. FTB agentinə bundan əlavə Azərbaycana göndərilməli olan “.408” patronlarına görə də 5200 dollar verilib.

Məqalədə A.Şuşana Azərbaycana silah və döyüş sursatı satmağa cəhdə görə, ittiham irəli sürüləcəyi bildirilir.

Buna da bax:​ İsrail Bakıya “daha çox dron” göndərəcək?

Sözügedən xəbərlə bağlı Azərbaycan Müdafiə Nazirliyindən bilgi almaq mümkün olmayıb.

Nazirlikdən “Turan“ Agentliyinə bununla bağlı hər hansı rəsmi açıqlama verilməyəcəyi bildirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti də adıçəkilən şəxsin Azərbaycana gəlib-getməsi barədə hər hansı açıqlama verməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG