Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

«Lufthansa» aviaşirkətinin Bakıya olan reysləri ləğv edilib.

AZƏRTAC-ın xəbərinə görə, Almaniyanın «Lufthansa» aviaşirkətinin pilotlarının keçirdikləri tətil Bakıya olan aviareyslərə də təsir edib. Noyabrın 24-ü saat 21:25-də Bakı-Frankfurt və saat 22:20-də Bakı-Aşqabad reysləri ləğv olunub.

Bundan başqa, noyabrın 25-nə olan eyni reyslərin də ləğv edildiyi bildirilir.

Almaniyanın «Lufthansa» aviaşirkətinin pilotları tətil keçirirlər. Tətil nəticəsində 900-dən çox aviareys təxirə salınıb və bu, 115 min sərnişinin uçuşuna təsir edib. Pilotlar maaşlarının 20 faiz artırılmasını tələb edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG