Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

Türkiyənin cənubunda, Adana şəhərində partlayış olub, 2 nəfər ölüb, 16 yaralı var.

Rəsmi məlumata görə, Adana bələdiyyə idarəsinin yaxınlığında bir avtomobil partlayıb. Hadisəni qadın intiharçının törətdiyi güman edilir. Şəhərin bələdiyyə sədri Mahmut Demirtaş-ın dediyinə görə, partlayış onun ofisinin girişi yaxınlığında olub.

Türkiyənin AB məsələləri üzrə naziri Ömer Çelik Twitter hesabında bunun terror aktı olduğunu yazıb: «Lənətə gəlmiş terrorun hədəfi yenə xalqımızdır. Biz terrorla sona qədər mübarizə aparacağıq».

Türkiyədə son bir ildə terror hücumlarının sayı artıb. Hadisələrə görə məsuliyyəti ya kürd, ya da «İslam Dövləti» (İŞİD) yaraqlıları boynuna götürür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG