Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 9 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, işğal altında olan Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında və Goranboy, Tərtər rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində gedən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG