Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Qazaxıstan parlamentinin deputatlarından biri paytaxtın adını dəyişməyi, prezidentin şərəfinə Nursultan, ya da Nazarbayev adlandırmağı təklif edib. Deputat Quanysh Sultanov təklifini noyabrın 23-də parlamentin aşağı palatasının iclasında irəli sürüb.

Qazaxıstanın informasiya naziri Dauren Abaev deyib ki, Astana şəhərinin adının dəyişdirilməsiylə bağlı son qərarı prezident özü verəcək, amma bundan ötrü konstitusiyaya düzəliş etmək zərurəti də yarana bilər. Aşağı palatanın üzvlərindən Vladislav Kosarev isə prezident razılıq versə, məsələyə baxmaq üçün xüsusi komissiya yaradılacağını bildirib.

Qazaxıstan prezidenti Nursultan Nazarbaev 1991-ci ildən--Sovet İttifaqı dağılandan və ölkə müstəqilliyini elan edəndən hakimiyyətdədir. 2010-cu ildə parlament üzvləri 76 yaşlı prezidentə «Milli lider» adını veriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG