Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

AB Parlamenti Rusiyayla bağlı qətnamə qəbul edib


V.Putin Russia Today telekanalının studiyasında.

V.Putin Russia Today telekanalının studiyasında.

Avropa Parlamenti Rusiyanın AB-yə qarşı kampaniyanı gücləndirdiyini deyib, birlik üzvlərini dezinformasiyanın qabağını almaqdan ötrü ciddi iş görməyə çağırıb.

Noyabrın 23-də Avropa Parlamentinin üzvləri Rusiyayla bağlı yeni sənədə səs veriblər. Sənəddə Kremlin yalan informasiya yaymaq, demokratik dəyərlərə qarşı çıxmaq, Avropanı haçalamaqdan ötrü bütün vasitələrdən istifadə etdiyi, elmi araşdırma mərkəzlərini, televiziyaları, xəbər agentliklərini, sosial medianı işə saldığı deyilir. Təbliğat kampaniyasının 2014-cü ildən--Ukraynanın Krım vilayətinin Rusiyaya ilhaqından sonra gücləndiyi vurğulanır.

Avropa parlamentariləri Kremlin Avropada fəaliyyətini genişləndirməsindən narahat olduqlarını bildiriblər, Avropa Birliyini əhali arasında maarifləndirmə işini gücləndirməyə, bunun üçün yerli və onlayn mediadan yararlanmağa, informasiya mənbələrini artırmağa çağırıblar.

Rusiya prezidenti Vladimir Putin Avropa Parlamentində səslənən fikirləri sərt qarşılayıb, avropalı deputatları Rusiyaya demokratiya dərsi keçməkdə günahlandırıb. Jurnalistlərlə söhbətində V.Putin deyib ki, Avropa Parlamentinin qəbul etdiyi sənəd Qərb cəmiyyətində demokratik ideyaların tənəzzülə uğramasından xəbər verir.

Avropa Parlamentinin 304 üzvü qətnamənin lehinə, 179-u əleyhinə səs verib, 208 nəfər bitərəf qalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG