Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Rusiya prezidenti Vladimir Putin prezidentin işlər idarəsi, bir sıra nazirliklər və Federal təhlükəsizlik xidmətinə çalışan və sonradan akademik olan məmurları kadr dəyişikliyi ilə hədələyib.

Vladimir Putin bundan əvvəl elmlə dövlət işinin qarışdırılmamasını tapşırmışdı.

TASS-ın məlumatına görə, Putin elm və təhsil şurasının Kremldə keçirilən iclasında Akademiyanın rəhbəri Vladimir Fortovdan, belə bir göstəriş olmasına baxmayaraq, məmurların nəyə görə akademik olmasını soruşub.

Fortov isə iddiaçıların bütün tələblərə cavab verdiklərini bildirib.

“Deməli onlar böyük alimdirlər. Hesab edirəm ki, onların elmlə məşğul omasına imkanı yaratmaq lazımdır.Çünki onların elmi fəaliyyəti, hakimiyyət və idarəçilik orqanlarında hansısa bir administrativ öhtəlik yerinə yetirməkdən qat-qat vacibdir”deyə Putin bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG