Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin noyabrın 24-də məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi istəniləcək. Siyasətçi cəzasının üçdə bir hissəsini çəkdiyindən bundan ötrü məhkəməyə müraciət olunub.

Bu haqda onun oğlu Turan İbrahim bildirib.

Onun bildirdiyinə görə, siyasətçinin vəkilləri onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair vəsatət veriblər.

Buna da bax:​ Məmməd İbrahim: 'Atamın vəfatı ilə bağlı narahatlığımız oldu...' (Video)

Vəsatətə 16 saylı cəzaçəkmə müəssisəsində keçiriləcək məhkəmə prosesində baxılacaq.

Cinayət-prosessual qanunvericiliyə görə, məhkum cəzasının üçdə birini çəkdikdə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilə bilər.

XATIRLATMA

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax: Məmməd İbrahimi atasının yasına buraxdılar

Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə ittihamı ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG