Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:15

Noyabrın 24-ü Bakı və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, bəzi yerlərdə qısa, fasilələrlə yağıntı ehtimalı var. Yarımadada gecə 0-4 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı bildirilir.

Azərbaycanın əksər rayonlarında yağıntı olmayacağı bildirilir. Ancaq bəzi şimal və şərq rayonlarında qar yağacağı ehtimal edilir. Gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti təxmin edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG