Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Noyabrın 23-ü səhər saatlarında Bakı-Sumqayıt sürət qatarının hərəkətində ləngimə baş verib.

Qafqazinfo.az-ın xəbərinə görə, hadisəyə səbəb elektrikin kəsilməsi göstərilib. Bəzi sərnişinlər bildiriblər ki, soyuq qatarda uzun müddət gözləmək məcburiyyətində qalıblar.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə məsələ ilə bağlı bunları deyib: «Sumqayıtdan Bakıya gələn sürət qatarının təmas xəttində problem yaşanıb. Hadisə saat 7:10 radələrində baş verib. Yarım saatdan sonra qatarın hərəkəti bərpa olunub. Artıq Bakıya gələn qatar bərpa olunub. Qatarlar qrafik üzrə hərəkətlərini davam etdirirlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG