Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

Bakıda donmuş kişi meyiti tapılıb


Noyabrın 23-ü Bakıda donmuş kişi meyiti tapılıb.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində qeydə alınıb. Dəmiryol xəttinin kənarında 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb. Əraziyə polis əməkdaşları gəlib. İlkin ehtimala görə, meyiti tapılan şəxs sərgərdan həyat tərzi keçirirmiş.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən faktı təsdiqləyiblər.

Polisdən bildirilib ki, ilkin ehtimala görə, həmin şəxs donvurmadan ölüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG