Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

D.Trump Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çağırır


D.Trump və V.Putin

D.Trump və V.Putin

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump yenə Moskvayla yaxınlaşmanın tərəfdarı olduğunu söyləyib. Noyabrın 23-də «The Nyu-York Times» qəzetinin əməkdaşlarıyla söhbətində D.Trump Vaşinqtonun Moskvayla xüsusilə Suriya məsələsində yan-yana dayanmasının vacib olduğunu vurğulayıb. D.Trump Suriya ilə bağlı ciddi ideyaları olduğunu bildirib, amma detallara varmayıb, «Suriyada baş alıb gedən hərc-mərcliyə son qoymalıyıq» deyib.

ABŞ Suriyadakı qiyamçılara arxa durur, ölkə lideri Bashar əl-Assad-ın devrilməsini istəyir. Rusiya isə Assad rejiminin tərəfindədir.

D.Trump bir daha vurğulayıb ki, Rusiyayla ABŞ ümumi nöqtəyə gəlməkdən ötrü daha çox iş görməli, terror kimi ictimai məsələlərdə əməkdaşlıq etməlidir.

Amma D.Trump Birləşmiş Ştatlarla Rusiya münasibətlərinin «yenidən yüklənilməsi» söhbətini rədd edib. «Yenidən yükləmə» ifadəsini onun rəqibi H.Clinton dövlət katibi olduğu zamanlarda münasibətləri bərpa etməkdən ötrü işlədirdi. Cəhdlərin fayda vermədiyini, münasibətlərin Soyuq müharibə dövründən bu yana ən pis həddə çatdığını xatırladan D.Trump «baş verənlərdən sonra bu termini işlədəsi deyiləm» deyib.

İraqda müharibədən bəhs edən D.Trump əvvəlki fikrini təkrarlayıb, ABŞ-ın İraqa müdaxiləsinin ölkə tarixində ən böyük səhv olduğunu söyləyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG