Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Rusiyanın Gürcüstandan ayrılmış Abxaziya ilə birgə ordu yaratması beynəlxalq qanunlara ziddir.

ABŞ Dövlət Departamentinin noyabrın 22-də yaydığı bəyanatda belə deyilir.

Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın Qara dəniz regionunda iştirakının artırılması barədə sənəd imzalayıb. Sənəd Abxaziya ərazisindəki Rusiya hərbi bazasının genişləndirilməsini, birgə qüvvə yaradılmasını, müharibə dövründə bu qüvvələrə komandanlığın Rusiya Müdafiə Nazirliyinə verilməsini nəzərdə tutur.

«Biz bu «müqavilə» adlanan, beynəlxalq razılaşmaya əsaslanmayan sənədi qanuni hesab etmirik», - ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby-nin bəyanatında belə deyilir.

Abxaziya Gürcüstandan 1990-cı illərdə--vətəndaş müharibəsindən sonra ayrılıb, müstəqilliyini elan edib. 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündən, Abxaziya ərazisinə qoşun yeritməsindən sonra region öz muxtariyyətini gücləndirib. BMT üzvlərinin etirazlarına baxmayaraq, Rusiya Abxaziyanın müstəqilliyini tanıyıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG