Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Kərbəlaya ziyarət gedən azərbaycanlıları daşıyan avtobusların İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlandığı bildirilir.

Bu barədə hazırda İran ərazisində olduğunu deyən azərbaycanlı zəvvar Mirələm Həşimov məlumat verib.

O APA-ya 16 saatdır ki, İran ərazisində olduqlarını deyib.

Buna da bax:​ Astara gömrüyündə zəvvarları daşıyan avtobusların növbəsi yaranıb

“Sərhədçilər avtobusları buraxmırlar. İçərisində azərbaycanlılar olan 7 avtobus sərhəddə qalıb. Ümumilikdə 500-ə yaxın azərbaycanlı sərhəd məntəqəsində gözləyir. İnsanlar buraxılıb, sərbəstdirlər. İran ərazisində zəvvarların təhlükəsizliyini təmin edən sığorta şirkətinin verdiyi hansısa sənədlərin qaydasında olmadığı deyilir. Şirkətin nümayəndəsi sənədləri düzəltmək üçün götürüb, lakin geri qayıtmayıb”, o, bildirib.

M.Həşimovun deməsinə görə, sənədləri qaydasına salmaqdan ötrü hər avtobusdan 200-250 dollar istəyirlər. O, uzun müddət gözləyən azərbaycanlıların buna razı olduğunu qeyd edib.

Buna da bax:​ Siyavuş Novruzov: 'Həccə turist kimi gedən var'

Məsələ ilə bağlı, hələlik, Qafqaz Müsəlmanları İdarəsindən münasibət almaq mümkün olmayıb.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG