Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Norveçdə ölkə tarixində ən böyük “pedofil”lər şəbəkəsi aşkar edilib.

Polisin məlumatına görə, hazırda faktla bağlı 51 nəfərə qarşı ittiham irəli sürülüb.

Yerli mətbuatın yazdığına görə, istintaq 2015-ci ilin sentyabrında 14 yaşlı qızın şikayətindən sonra başlanıb.

Qız 22 yaşlı bir gənc tərəfindən zorlandığını deyir.

Həbsindən sonra onun kompüterində bir neçə şübhəli fayl və digər “pedofil” lərin izinə çıxaran böyük siyahı aşkar edilib.

Polisin məlumatına görə, onlar “darknet” adlı məəxvi şəbəkədən istifadə edirmişlər.

Öncə istintaqla boş vaxtlarında müstəntiq Hilde Reikras məşğul olub.

Ötən ildənsəbu işə kompüter texnologiyası üzrə ekspertlər və agentlər də daxil olmaqla 25-dək mütəxəssis cəlb olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG