Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

"Jam.az" (Jurnalist Araşdırma Mərkəzi) saytının baş redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlu) məhkəməsi başlayıb. Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə vəkil Elçin Sadıqov cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqda vəsatət qaldırıb.

Buna da bax:​ Jurnalistin işgəncə şikayəti rədd olundu

“MÖTƏBƏR SÜBUT YOXDU”

"İstintaq zamanı Fikrət Fərəməzoğlunun müdafiə hüququ kobud şəkildə pozulub. Onun cinayət törətdiyini təsdiqləyən heç bir mötəbər sübut yoxdu. Dəfələrlə ekspertiza keçirilməsi, əl-barmaq izlərinin götürülməsi haqda vəsatətlər qaldırmışıq, təmin olunmayıb", – Elçin Sadıqov deyib.

Vəkilin daha bir vəsatəti cinayət işinə xitam verilməsə, jurnalistin barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə olub.

Hazırlıq iclasında o da bəlli olub ki, Fikrət Fərəməzoğlunu həbs edənlər arasında "Nardaran işi" məhkəməsində adı işgəncələrdə hallanan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("bandotdel") əməkdaşları İbrahim Kazımov, İslam Ağabəyov da var. Onların adları bu işdə də şahid kimi keçir.

Buna da bax: Fikrət Fərəməzoğlunun ittihamları ağırlaşdırıldı

Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətlərin heç birini təmin etməyib.

İş məhkəmə baxışına verilib və məhkəmə dekabrın 6-na təyin olunub.

XATIRLATMA

Jam.az saytının baş redaktoru F. Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3 min manat alarkən saxlanıb. DİN həmçinin, bəyan edib ki, F. Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.

Buna da bax:​ Həbsdəki jurnalist: 'Məni şərləyiblər'

Əgər ittihamlar sübut olunarsa, jurnalistə əmlakı müsadirə edilməklə 10 il həbs cəzası verilə bilər.

F. Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olarkən daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il azadlıqdan məhrum etmişdi.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG