Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:57

“Donald Trumpun gələcəkdə müsəlmanlara qarşı mənfi mövqedə olacağına inanmıram”.

Bunu Türkiyə prezidenti Racep Tayyip Erdogan noyabrın 21-də Ankarad İsrailin “Uvda” televiziya proqramına müsahibəsində deyib.

Erdoqan Trumpun seçkiqabağı kampaniyalar zamanı müsəlmanlar barədə qalmaqallı çıxışları ilə bağlı sualı cavablandırarkən deyib ki, siyasi səhnədə deyilənləri kənara qoymaq və oturub bütün məsələləri müzakirə etmək lazımdır.

Erdogan deyib ki, son çıxışlarında artıq Trumpın müsəlmanlara qarşı mənfi mövqei xeyli dəyişib.

Erdogan deyib ki, ABŞ prezidenti seçildikdən sonra Trumpa telefon açaraq ikitərəfli münasibətləri müzakirə edib və hər iki tərəf hesab edir ki, ikitərəfli münasibətlərdə müzakirəyə ehtiyacı olan xeyli məsələ var.

Qeyd edək ki, Erdoganın bu müsahibəsi bu günlərdə İsrailə yeni səfir təyin etməsindən sonraya təsadüf edir.

6 il idi ki, bu iki ölkə arasında diplomatik münasibətlər pozulmuşdu.

Amma iyundan ikitərəfli münasibətin normallaşdığı müşahidə olunur.

Münasibətlərin pozulmasına səbəb, İsrail hərbçilərinin 2010-cu il mayın 31-də Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyəgəmisinə hücum etməsi olmuşdu. Həmin hücum nəticəsində 9 Türkiyə vətəndaşı öldürülüb

Razılaşmaya görə, İsrail ölənlərin ailələrinə 20 milyon dollar kompensasiya ödəyəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG