Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 22-si ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini xanım Bridget Brink-i qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı xanım Bridget Brink-ə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırladıb. İki ölkə arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Bridget Brink isə ABŞ-ın Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək, bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirildiyini vurğulayıb.

Görüşdə Azərbaycan və ABŞ arasında əlaqələrin mövcud durumu, perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xanım Bridget Brink-i sonuncu dəfə Azərbaycana bu ilin iyununda gəlib. Ondan əvvəl isə o, ötən ilin noyabrında Azərbaycana səfər etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG