Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

Noyabrın 22-si tanınmış Azərbaycan bəstəkarı Fikrət Əmirovun doğum günüdür.

F.Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb.

O, 1939-cu ildə Bakı Dövlət Konservatoriyasına daxil olub.

Onun diplom işi «Ulduz» operası olub. Sonra «Nizaminin xatirəsinə» simfoniyasını, «Şur» və «Kürd ovşarı» simfonik muğamlarını, «Sevil» operasını yazıb.

F.Əmirov müxtəlif janrlarda əsərlər yazıb. Onun «Azərbaycan kapriççiosu», «Gülüstan-Bayatı-Şiraz», «Nəsimi əfsanəsi» kimi simfonik əsərləri daha populyardır.

O, öz yaradıcılığında Azərbaycan muğamlarından bəhrələnərək improvizə və variasiya üsullarından istifadə etməklə müxtəlif əsərlər yaradıb.

Həyatının son illərində F.Əmirov balet sənəti sahəsində daha çox işləyib.1973-cü ildə «Nəsimi dastanı», 1979-cu ildə isə Şərq nağılları motivləri əsasında «Min bir gecə» baletini yazıb. Bu baletlər sənətkara böyük şöhrət qazandırıb. F.Əmirovun sonuncu irihəcmli əsəri «Nizami» baleti olub.

O, 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG