Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump ilk iş günü ölkəni Trans-Sakit Okean Tərəfdaşlığından (TPP) çıxaracağını deyib.

Dünən—noyabrın 21-də internetdə D.Trump-ın ilk 100 iş günündən bəhs edən videosu yayımlanıb. Videoda onun seçki kampaniyası dövründə də haqqında çox danışdığı Trans-Sakit Okean Tərəfdaşlığından bəhs etməsi ölkənin sənaye bölgələrində böyük əks-sədaya səbəb olub. Həmin regionlarda çoxları işsizliyə buna oxşar sənədin-- Şimali Amerika Azad Ticarət Assosiasiyası razılaşmasının səbəb olduğunu düşünür. D.Trump əvvəlki çıxışlarında bu razılaşmaya da baxacağını demişdi.

Trans-Sakit Okean Tərəfdaşlığı sazişini fəaliyyətini başa vurmaqda olan prezident B.Obama xeyli səy göstərdikdən sonra imzalayıb. Sənəd Asiya-Sakit okean regionunun 12 ölkəsində azad ticarətin təmin edilməsini, tariflərin aşağı salınmasını və azad ticarətə digər əngəllərin aradan qaldırılmasını nəzərdə tutur. D.Trump-ın fikrincə, bu razılaşma ABŞ üçün təhlükəlidir.

Birləşmiş Ştatların sənəddən çıxması digər ölkələrdə siyasi gərginliyə səbəb ola bilər.

D.Trump prezidentlik fəaliyyətinə yanvarın 20-də başlayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG