Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

ABŞ Dövlət Departamenti bayram zamanı Avropada terror hücumları təhlükəsinin böyük olduğunu bildirib, vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb.

Departamentin noyabrın 21-də yaydığı bəyanatda hücumların baş verə biləcəyi yerlər və tarix haqda bir söz deyilmir, sadəcə, Şükranlıq və Milad bayramları zamanı ehtiyatlı olmaq tövsiyə edilir. Şükranlıq bayramı noyabrın 24-ə, Milad isə dekabrın 25-ə düşür.

«ABŞ vətəndaşları şənliklər və başqa bayram tədbirlərində, açıq bayram yarmarkalarında ehtiyatlı olmalıdırlar… Etibarlı bilgilər «İslam Dövləti» və «Əl-Qaidə»nin bayram zamanı Avropada terror hücumları planladığına işarə edir», - bəyanatda deyilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG