Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:32

Suriyada mühasirədə qalanların sayı son bir ildə iki dəfədən də çox artıb, 1 milyona çatır. BMT-nin humanitar məsələlər üzrə rəhbəri Stephen O'Brien deyib ki, Suriyada keçən il 486 min 700 adam blokadada yaşayırdı, bu il onların sayı 974 mindən çoxdur.

Əhalini mühasirədə saxlayanlar daha çox Suriya hökumət qüvvələridir. «Əhali təcrid olunur, aclıqla üzləşir, bombalanır, tibbi və humanitar yardımdan məhrum edilir. Ya boyun əyməyə, ya da qaçmağa vadar olunur», - S.O'Brien belə deyib.

S.O'Brien Suriya lideri Bashar Assad-in öz xalqını nəinki qoruya bilmədiyini, üstəlik bombaladığını söyləyib. O, BMT Təhlükəsizlik Şurasını Suriyaya qarşı qətnamələrində ciddi olmağa, əhaliyə hücumları dayandırmaq, humanitar yardımın ölkəyə çatdırılmasını təmin etmək üçün tədbir görməyə çağırıb. Yoxsa bu ölkədə müharibə cinayətlərinin davam edəcəyini deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG