Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:46

Yerevanda anonim etiraz: "Ordu - xalqın dəhşətidir"


Serzh Sarkisian Xankəndində hərbi qəbristanlıqda
Serzh Sarkisian Xankəndində hərbi qəbristanlıqda

Həftəsonu Yerevanda hakimiyyətə qarşı “anonim etiraz aksiyası keçirilib”. Bunu epress.am yazır. Etiraz aksiyası şəhərin müxtəlif yerlərində divara eyni şüarı yazmaqdan ibarətdir. Şüarda deyilir ki, “oğlum ölüb. Borcumu ödədim. #1000 dram”.

Bu şüar hər işləyən Ermənistan vətəndaşından ayda 1000 dram , yəni təxminən 2 dollar tutulmasına eirazdır. Həmin pullar ölən və əlil olan əsgər və zabitlərə yardım fonduna getməlidir.

Epress.am yazır ki,etiraz qraffitisinə mətn də əlavə olunub.Mətn sosial mediada da yayılıb.

Həmin mətndə deyilir ki, “bizim hesabımıza varlanırlar. Bizim hesabımıza siyasətlə məşğuldurlar. Bizim hesabımıza bizi idarə edirlər. Və növbəti dəfə bizim hesabımıza “xeyirxah iş” görürlər. Min dramdan qoyun, ona görə yox ki, qırılmayaq, ona görə ki, sakit ölək, ona görə ki, Serj və Əliyev, Rusiya və Amerika, ən müxtəlif varlılar və hakimiyyətdə olanlar üçünölməyimizi bilməyək. Min dram verin ki, onların bizi aldatmağı asan olsun.

Müharibənin ölümcül olduğundan uzun müddət danışmaq olar. Ancaq Ermənistanda və Azərbaycanda insanlar bunu onsuz yaxşı bilir. Ancaq “ətçəkən maşına” göndərilən onlar deyilmi?

Biri o birisindən daha hüquqsüz, daha çox soyulan bu insanlar müharibə haqda ordan-burdan eşitməyiblər.

Müharibəyə tərəfdar olan insan tapmaq çətindir. Müharibə hakimiyyətlərə sərfəlidir. Müharibə qurtarana qədər onlar tox olacaq. Buna görə də onlar müharibəni əbədiləşdirmək, problemi həll etməmək üçünüçün güclərini əsirgəmirlər. Bu, yeni-yeni qurbanlar tələb edən millətçilik xəstəliyidir."

QOY, AZƏRBAYCAN HAKİMİYYƏTİNDƏN ÖZ XALQI DANIŞSIN

Mətndə daha sonra deyilir ki, "Hakimiyyət hər yerdə eynidir. Biz özümüzdən danışaq. Qoy, Azərbaycan hakimiyyətindən Azərbaycan xalqı danışsın. Azərbaycan xalqı da müharibə istəmir.

Bizim ölkədə isə hakimiyyət etibar olunan heç nə təklif eləmir. Necə inanmaq olar ki, yığılan pullardan ölən və əlil olanların ailələrinə nəsə düşəcək? Əgər hər 2 dramdan biri Sarkisianlardan birinin cibinə gedirsə? Necə inanmaq olar ki, zabitlərin əlindən intihar, əlillik və ölüm hallarının hamısı Azərbaycan gülləsinin qurbanı kimi təqdim olunur.

Bu aillələrə bir az pul çatacaq ki, ağızlarını kilidləsinlər.”

ORDUYA GETMƏMƏK NEÇƏYƏDİR?

Sosial mediada yayılan mətndə daha sonra deyilir ki, “ordu heç vaxt yaxşı yer olmayıb, yəqin ki, olmayacaq da. Bizim ölkədə adamlar orduya getməmək üçün ölkədən getməyə də hazırdırlar. Onlar orduya getməmək üçün iki illlikorta maaşdanda çox pul ödəməyə, damarlarını kəsməyə hazırdırlar.

Deyirlər, ordu ölkənin fəxridir. Yox, ordu xalqın dəhşətidir. Deyirlər ki,apreldən sonra milli şüur və milli birlik artıb. Hakimiyyət öz yalanına özü inanmır,basır-bağlayır və gəncləri zorla orduya aparır.

Bu min dramla da eyni nağıldır, yənibu, guya orduya lazımdır, ancaq yenə zorla alırlar. Sənin buna imkanın var, ya yox, vermək istəyirsən, ya yox, heç kimi maraqlandırmır. Hətta qarşılıqlı yardım da artıq könüllü deyil. Xalqın iradəsinə bunun dəxli yoxdur, ancaq hakimiyyətin nə qədər çürük olduğunu göstərir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG