Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Bu ilin yanvar-oktyabr aylarında ölkənin 25 sığorta qrumu 420 milyon manat toplayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41 milyon manat və ya 11 faiz çoxdur.

Bu dövr ərzində onlar 191 milyon manat ödəyiblər. Bu da ötən ilə nisbətdə 36 faiz çoxdur.

Buna da bax:​ Xəstəxana və poliklinikalar 'publik hüquqi şəxs'ə çevrilir

Palatanın məlumatında qeyd edilir ki, könüllü və icbari sığorta növləri üzrə müsbət dinamika müşahidə olunub. Cari ilin 10 ayı ərzində könüllü sığorta növləri üzrə haqlar 15, ödənişlər isə 38 faiz artıb. İcbari sığorta növləri üzrə haqlar 4, ödənişlər isə 30 faiz çoxalıb. İcbari sığorta haqları 148, ödənişlər də 47 milyon manat təşkil edib.

Şərhləri göstər

XS
SM
MD
LG