Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Sara xanım Tağıyevanın arxivi Bakıya gətirilib


Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın arxivi

Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın arxivi

Görkəmli Azərbaycan sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın arxivi Bakıya gətirilib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, bu, muzeyin elmi katibi Fərhad Cabbarovun sayəsində mümkün olub.

Bu ilin aprelində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olan Fərhad Cabbarov Sara Tağıyeva-Sarayevanın oğlu Oleq Nikolayeviç Sarayevlə görüşüb. O, anası Sara xanımın arxivini Milli Azərbaycan Tarixi Muzeyinə təhvil vermək arzusunda olduğunu bildirib.

Buna da bax:​ Hacı Zeynalabdin Tağıyevin evindən reportaj

Noyabrın 14-də təkrar Oleq Sarayevlə görüşən Fərhad Cabbarov ondan Sara Tağıyeva-Sarayevanın arxivini təhvil alıb və Bakıya gətirib.

Arxiv Sara xanımın 1950-1980-ci illərdə H. Z. Tağıyevin şərəfli adının bərpa olunması, ona bəraət verilməsi uğrunda apardığı mübarizəni əks etdirən unikal sənədlərdən ibarətdir.

Sara xanım Tağıyevanın arxivi

Sara xanım Tağıyevanın arxivi

Arxivdə S. Tağıyeva-Sarayevanın Azərbaycanın, eləcə də, keçmiş SSRİ-nin müxtəlif elmi müəssisələrinə, arxivlərinə yazdığı məktubların, ərizələrin, atası haqqında yazdığı məqalələrin, qeydlərin, bu məqalələrə verilən rəylərin, fotoşəkillərin orijinal nüsxələri və surətləri var.

Buna da bax: Bakıda muzeylərə kimlər gedir?

Şəxsi arxivdə S. Tağıyeva-Sarayevanın sovet illərində çıxan bəzi kitablarda H. Z. Tağıyev haqqında qeyri-obyektiv fikirlərə, onun ictimai və xeyriyyəçilik fəaliyyətinin təhrif olunmasına qarşı mübarizəsinə dair olduqca maraqlı sənədlərə rast gəlinir.

Arxiv Sara xanımın həyat yolu, özünə və övladlarına qarşı ədalətsizliklər, çəkdiyi məhrumiyyətlər haqqında sənədlərlə də zəngindir.

Oleq Sarayev tərəfindən hədiyyə edilmiş arxiv sənədləşdirildikdən və siyahıya alındıqdan sonra muzeyin Sənədli mənbələr fonduna təhvil veriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG