Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Ukrayna “Ləyaqət və Azadlıq günü”nü, “Maydan” hərəkatının 3-cü ildönümünü qeyd edir.

Bu münasibətlə noyabrın 21-də paytaxt Kiyevdə təntənəli mərasim keçirilib, “Maydan” hərəkatında ölənlərin abidəsinə əklil və çiçək dəstələri qoyulub.

Prezident Petro Poroshenko xalqı Rusiyanın təcavüzünə qarşı birləşməyə çağırıb və bildirib ki, Ukrayna bir daha heç vaxt Moskvanın tabeçiliyinə dönməyəcək.

“Maydan” hərəkatı 3 il bundan əvvəl, devirilmiş prezident Viktor Yanukoviç Avropa Birliyi ilə asosasiya sazişininin imzalanmasını təxirə saldıqdan sonra başladı.

Nəticədə ölkədə kütləvi etirazlar başladı və Yanukoviç 2014-cü ilin fevralında Rusiyaya qaçmalı oldu.

Bundan sonra Rusiya Krımı ilhaq elədi və Ukraynanın şərqindəki rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında silahlı münaqişə başladı.

Bu müddət ərzində gedən silahlı toqquşmalarda azı 9 600 hərbçi və dinc sakin həlak olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG