Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Prezident İlham Əliyev noyabrın 21-də Fransa neft şirkətinin prezidenti Patrik Puyaneni-nin (Patrick Pouyanné) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev və Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov da iştirak ediblər.

İlham Əliyev TOTAL şirkəti ilə əməkdaşlığın yaxşı tarixə malik olduğunu vurğulayıb.

Buna da bax:​ Mədən sənayesini M.Stephens araşdıracaq

“Abşeron” qaz yatağının işlənilməsi ilə bağlı layihənin yüksək perspektivlərinin mövcudluğunu bildirən prezident onun mərhələli şəkildə işlənməsinin əhəmiyyətini qeyd edib.

Patrik Puyanneni SOCAR-ın prezidenti Rövnəq Abdullayev də ayrılıqda qəbul edib.

Görüşdə “Total”ın rəhbəri Azərbaycanda əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını bildirib. O, əməkdaşlığın inkişafından ötrü geniş imkanlar gördüyünü, Azərbaycanda həyata keçirilən layihələrin gedişini diqqətlə izlədiklərini qeyd edib.

Buna da bax: Tapdıq Yolçu: 'Bu gün Gürcüstanda təkcə "SOCAR" brendi ilə təmsil olunuruq'

Görüşün sonunda SOCAR və “Total” arasında “Abşeron” layihəsinin işlənmə proqramını tənzimləyən prinsiplər haqqında çərçivə sazişi imzalanıb.

Abşeron-qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq 500 metr dərinlikdə yerləşir. O, 2001-ci ildə Abşeron X-2 kəşfiyyat quyusu ilə kəşf olunub. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir. Hələ 2011-ci ildə “Total” şirkəti bu yataqda böyük ehtiyatların olduğunu bəyan etmişdi.

Buna da bax:​ Metanol zavodunun SOCAR-ın olmağına bircə addım qaldı

SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" layihəsində "Total"-in (operator, 40 faiz ), SOCAR-in (40 faiz ) və "Engie"-nin isə (əvvəlki "Gaz De France Suez", 20 faiz ) iştirak etdiyi bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG