Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Hüquq müdafiəçisi, Rəsul Cəfərov ölkə sərhəddində əsassız yoxlamalardan şikayətlənir.

O, açıqlamasında yoxlamaya məruz qalmasının onun hüquqlarını pozduğunu, bu üzdən məhkəməyə müraciət edəcəyini deyib.

“Noyabrın 9-da ABŞ-a səfərə yola düşmüşəm, 20-də isə geri qayıtmışam. Həm gedəndə, həm də geri dönəndə hava limanında xüsusi yoxlamaya məruz qaldım. Ümumi gömrük yoxlanışından keçəndən sonra, sərhəd xidməti yenidən gömrük yoxlanışına qaytardı. Yoxlama uzun müddət davam etdi”, hüquq müdafiəçisi deyib.

Buna da bax:​ Rəsul Cəfərovun məhkumluğu götürülmədi

O, bundan əvvəl, daha dəqiqi Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin Bakıya səfəri zamanı yoxlamaların dayandırıldığını xatırladıb.

“Ancaq yenidən bərpa ediblər. Mən 10 ildən artıqdır ki, ictimai-siyasi proseslərdə iştirak edirəm. Nə həbsimdən əvvəl, nə də indi hansısa bir cinayət hesab edilə biləcək fəaliyyətim olub. Bundan sonra da olmayacaq. Bu səfərlər zamanı hansısa qanunsuz əşya daşımamışam və daşımaq niyyətim də yoxdur”, deyən hüquq müdafiəçisi çıxış yolunu onu yoxlamaya məruz qoyan Dövlət Sərhəd Xidmətini və Dövlət Gömrük Komitəsini məhkəməyə verməkdə gördüyünü bildirib.

Buna da bax: QHT-lər dilə gəldi. Dinləyən olacaqmı?

Hüquq müdafiəçisinin şikayətinə, hələlik, sözü gedən qurumlardan münasibət almaq mümkün olmayıb.

R.Cəfərov “Demokratiya naminə incəsənət” kampaniyasının koordinatoru və İnsan Hüquqları Klubunun rəhbəri olub. 2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamı ilə saxlanıb.

Buna da bax: R.Cəfərov: 'Bu, siyasi sifarişdir'

2015-ci il aprelin 15-də R.Cəfərov 6,5 il müddətinə həbs olunub. Həmin ilin iyulunda onun həbs müddəti 3 ay azaldılmışdı.

2016-cı il martım 17-də isə dövlət başçısının sərəncamı ilə R. Cəfərov əfv edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG