Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:19

Azərbaycan sirki 70 yaşına çatdı


Klounlar
Klounlar

Noyabrın 24-də «Azərbaycan milli sirk sənəti – 70» mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək.

AMEA Memarlıq və İncəsənət İnstitutunda təşkil olunacaq konfransda Azərbaycan sirk sənətinin tarixi, təşəkkülü, müasir problemləri, inkişaf perspektivləri və s. aktual mövzular müzakirə olunacaq.

Konfransın proqramında «Azərbaycan peşəkar sirk sənətinin inkişaf yolları», «Bakı Dövlət Sirkinin milli sirk sənətinin inkişafında rolu», «Azərbaycan sirk pəhləvanları», «Milli sirk sənətində musiqi, Azərbaycan sirkində klounada», «Azərbaycan milli kinosunda sirk ənənəsi», «Azərbaycan illüziya sənətinin inkişaf yolları», «Müasir Azərbaycan sirk sənəti dünya arenasında» kimi məruzələr yer alacaq.

Konfransın açılışı noyabrın 24-də saat 11.00-da AMEA-nın Əsas binasının (2-ci mərtəbə) konfrans zalında olacaq.

Milli sirk sənətinin veteranlarının və hazırda Bakı Dövlət Sirkində nümayiş olunan «İntersirk – 3» beynəlxalq proqramının iştirakçılarının çıxışları da nəzərdə tutulur.

Azərbaycanda ənənəvi sirk sənətinin tarixi çox qədim dövrlərə gedib çıxsa da, peşəkar sirkin meydana gəlməsiÜzeyir Hacıbəylininadı ilə bağlıdır.

Onun təşəbbüsü ilə yaradılan sirk kollektivinin ilk milli sirk proqramı 1946-cı il iyunun 12-də Bakı Dövlət Sirkində oynanılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG