Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Noyabrın 20-si Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) «Günəşli» yatağındakı 7 saylı özüldə ölüm hadisəsi baş verib.

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, 2015-ci ildə quraşdırılmış 28 tonluq HAK-300 tipli kran «Neftqaz-63» gəmisindən boruları qəbul edən zaman qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşıb. Kranın qırılan hissəsi dənizə düşüb.

Hadisə nəticəsində «Abşeron» Qazma Şirkətinin (AQŞ) krançısı, 25 yaşlı Elşən Məmmədov baş nahiyəsindən xəsarət alaraq vəfat edib. «Müvafiq dövlət orqanlarına məlumat verilib, kran istehsalçısının nümayəndəsi dəvət olunub və birgə xüsusi komissiya yaradılıb. Komissiya özüldə hadisənin təfərrüatını araşdırır»,-deyə SOCAR-ın məlumatında qeyd edilir.

«Günəşli» yatağında bundan əvvəl də bədbəxt hadisələr baş verib.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın olmuşdu. Bu zaman 64 neftçidən 34-ü xilas edilmişdi. Onda itkin düşən neftçilərin bəzilərinin meyiti, hələ də, tapılmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG