Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Son günlər bankların ABŞ dollarının alış qiymətini aşağı saldıqları bildirilir.

«Marja» xəbər verir ki, noyabrın 18-də 1 dolları 1.7730 manatdan alan, 1.7774 manatdan satan «Amrahbank» noyabrın 21-də onu 1.7600 manatdan alır, 1.7774 manata satır.

Xəbərdə deyilir ki, valyuta satışını davam etdirən əksər banklarda vəziyyət oxşardır. Satış eyni qalıb, alış isə aşağı salınıb. Dolların artıq «qara bazar»da da ucuzlaşdığı bildirilir.

Hazırda 1 dollar rəsmən 1.7091 manata bərabərdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG