Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:43

2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq testlərinin təkrar analizləri müsbət nəticə verən güləşçilərin medalları başqa idmançılara verilib.

«Report» bu xəbəri Dünya Güləş Birliyinə (UWW) istinadən yayıb.

Xəbərdə qeyd edilir ki, Beynəlxalq Olimpiya Komitəsinin cəzalandırdığı pəhləvanlar arasında Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov da var.

UWW 60 kq çəki dərəcəsində çıxış etmiş V.Rəhimovu Pekin-2008-in medalçıları siyahısından çıxarmışdı. Əvəzində gümüş medal onun yarımfinalda məğlub etdiyi qazaxıstanlı Nurbakyt Tengizbayev-ə verilib.

Azərbaycan təmsilçisi finalda rusiyalı Islambek Albiev-ə uduzmuşdu.

Son illərdə azərbaycanlı idmançıların adı tez-tez dopinq qalmaqallarında hallanır.

2013-cü ildən 2014-cü ilə qədər Azərbaycanın 18 idmançısı dopinqə görə cəzalandırılıb. 2015-ci ildə Azərbaycanın daha 6 ağır atletində dopinq aşkarlandığı bildirilib. Buna görə Azərbaycan builki Rio Olimpiadasındakı iki lisenziyasından məhrum edilib. Bu yaxınlarda da Azərbaycanın ağırlıqqaldırma üzrə 7 atleti dopinq testdən keçə bilmədiklərinə görə 8 il müddətinə yarışlardan kənarlaşdırılıblar.

Bu günlər ölkə parlamenti dopinqlə mübarizəyə dair qanun qəbul edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG