Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:14

'Qara bazar' 'ağ gün'ə çıxıb...


Qarabağda Azərbaycan əsgəri
Qarabağda Azərbaycan əsgəri

Bu ilin aprelində cəbhə xəttində baş verən hərbi əməliyyatların dəyərləndirilməsi, dolların bahalaşması və əksər bankların xarici valyuta satmaqdan imtina etməsi bu gün median aparıcı mövzusudur...

APREL ZƏFƏRİ

«Azərbaycan» qəzetində «Azərbaycan Ordusunun aprel şücaəti böyük hərbi zəfərdir» sərlövhəli məqalə dərc edilib.

Məqalədə bu ilin aprelində cəbhə xəttində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında gedən iri hərbi əməliyyatlar dəyərləndirilir.

Müəllif dövlət başçısı İlham Əliyevin bu yaxınlarda Füzulu, Beyləqan rayonlarına səfərlərini, ön cəbhədə əsgər və zabitlərlə görüşünü xatırladır: «Dövlət başçısı bu dəfə də öz liderlik, prinsipiallıq nümunəsini və mərdliyini bütün cəmiyyətə təqdim etdi».

Məqalədə ordunun aprel ayındakı hərbi əməliyyatlarına toxunularaq, bunda dövlət başçısı İlham Əliyevin xidmətləri yüksək qiymətləndirilir: «Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdı. Biz yüksəklikləri, təpələri azad etmişik və böyük bir qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır».

Müəllif qeyd edir ki, aprelin 5-də Azərbaycan tərəfinin hərbi əməliyyatları dayandırması sülhpərvərlik göstəricisidir.

Məqalədə vurğulanır ki, aprel əməliyyatları bir çox reallıqları da üzə çıxarıb: «İlk növbədə məlum oldu ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli və düzgün qərarlar qəbul etməyi ilə seçilən güclü siyasi lideri, rəhbəri var».

Məqalədə deyilir ki, Ermənistan dövləti qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalıdır. Bunu Azərbaycanın iqtisadi, siyasi və ən əsası hərbi gücü diktə edir.

Dollar
Dollar

«YUMŞAQ DEVALVASİYA» BAŞ VERİR

Azadliq.info-da «Bir ayda 7% bahalaşdı, ilin sonunda 1 manat 90 qəpik ola bilər» sərlövhəli məqalədə ölkədə dolların sürətlə bahalaşması dəyərləndirilir.

Müəllif vurğulayır ki, bu il oktyabrın ortalarında 1 dollar 1.5969 manat səviyyəsinə enmişdi. Noyabrda isə artıq 1.7091 həddinə yüksəlib: «Beləliklə, ötən bir ay ərzində dollar 0.1122 manat və ya 7 faiz bahalaşıb. Artıq bir çoxları dolların belə sürətlə qalxmasından narahatlıq keçirir. Əgər Mərkəzi Bankın müdaxiləsi olmasa, ilin sonuna bu rəqəm rəsmi olaraq 1.87-1.88 səviyyəsinə qalxa bilər. Bu isə bankların valyutanı 1.90-dan satacaqları deməkdir».

Müəllif xatırladır ki, 2015-ci il dekabrın 21-də baş verən devalvasiyadan sonra 1 dollar 1.55 manat həddində müəyyən edilmişdi. Hətta mayda dollar 1.4900 manat səviyyəsinə kimi enmişdi.

Yazıda qeyd edilir ki, hazırda isə manat sürətlə üzüaşağı üzməkdədir. Müəllif bu prosesi 3-cü «yumşaq devalvasiya» kimi dəyərləndirir. Yazıda deyilir ki, 2015-ci ilin dekabr devalvasiyasından sonra dollar manata nisbətən 10.3 faiz dəyər qazanıb.

Müəllif daha sonra 2015-ci il fevralın 21-də ilk devalvasiyaya qədər, yəni dolların 0.78 manata bərabər olduğu vaxtdan indiyə qədərki dövrü müqayisə edir. Ötən il fevralın 20-dən indiyə kimi manat dollara nisbətən düz 119 faiz ucuzlaşıb.

Dollar tapılmır. Topdan satış zəifləyib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

DOLLAR SATILMIR

Musavat.com isə «Banklar vətəndaşları necə aldadır – dolları alıb niyə satmırlar?» sualına cavab axtarır.

Yazıda qeyd edilir ki, əksər kommersiya bankları xarici valyuta satışını dayandırıb.

Müəllif bildirir ki, artıq paytaxtın mərkəzində əksər «exchange»lər fəaliyyətlərini bərpa ediblər. Amma bunun valyuta bazarındakı problemlərin həllinə faydası yoxdur, çünki fəaliyyətləri heç də leqal deyil: «Lakin dollar almağa gələnlər kor-peşman geri qayıdırdılar. Hətta valyutadəyişmə məntəqələrində çalışanlarla müştərilər arasında mübahisələr də yaşanırdı».

Yazıda deyilir ki, banklarda isə durum daha acınacaqlıdır: ««Xalq Bank», «Ekspress Bank» kimi iri banklarda dollar satışı birmənalı olaraq dayandırılıb. Valyuta almaq üçün müraciətlər olsa da, «yoxdur» sözünü eşidib, geri qayıdırlar».

Müəllif hesab edir ki, bankların dollar alıb-satmaması əhalinin banklardan narazılığını daha da artırıb. Qəzet banklardan narazılıq edən vətəndaşların da fikirlərinə yer verib: «Hansı banka gedirsən, tabloda alış-satış məzənnəsi göstərilib. İçəri daxil olan zaman isə «dollar satmırıq» deyirlər. Bu nə deməkdir? Vətəndaşları niyə ələ salırlar. Görünür, bank sahiblərinin öhdəsindən gələ bilmirlər. Onlara şərait yaradılır ki, dolları altlarına yığsınlar...».

Müəllif vurğulayır ki, bankların və «exchange»lərin dollar satmaqdan imtina etməsi isə avtomatik «qara bazar»ı canlandırıb…

XS
SM
MD
LG