Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Trump əsas vəzifələrə seçimlərini açıqlayır


Soldan sağa: Mike Pompeo, Michael Flynn və Jeff Sessions

Soldan sağa: Mike Pompeo, Michael Flynn və Jeff Sessions

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump öz gələcək hökumətində bir sıra əsas vəzifələrəseçimlərini elan edib. Trump bəyanatında bildirir ki, Mərkəzi Kəşfiyyat İdarəsi – CİA-in rəhbəri vəzifəsinə Kanzas ştatından olan Konqres üzvü Mike Pompeonu seçib. Trump Milli Təhlükəsizlik müşaviri vəzifəsində istefada olan general Michael Flynn-i görür. Trumpun seçiminə görə,ABŞ-ın Baş prokuroru isə Alabamadan olan senator Jeff Sessions olmalıdır.

CİA direktoru və Baş prokuror Senatda təsdiq olunmalıdır. Bunun üçün sadə səs çoxluğu bəsdir. Prezidentin milli təhlükəsizlik müşaviri təyinatına isə Konqresdən təsdiq lazım deyil.

POMPEO

Trump Pompeo haqda deyib ki, o, CİA direktoru kimi terroizmlə mübarizədə “parlaq və yorulmaz lider” olacaq.

52 yaşlı Pompeo respublikaçılar partiyasının mühafizəkar qanadının, Çay Partiyasının üzvüdür. Pompeo ABŞ Hərbi Akademiyasını və Harvard Hüquq Məktəbini bitirib.Daha sonra 5 il orduda xidmət edib.

Pompeoİranla nüvə sazişinə tənqidi yanaşır. Noyabrın 15-də İranın silah proqramları ilə bağlı ABŞ sanskiyalarının uzadılması haqda qanuna səs verən Pompeo deyib ki, bu qanun “amerikalıları qoruyur” və “İranın təcavüzünə” qarşı çıxır.

FLYNN

Flynn-in təyinatı haqda da Trump deyib ki, radikal islam terrorizmini məğlub etməkdə Flynn-i öz yanında görmək onun üçün xoşdur.

57 yaşlı Flynn 2012-2014-cü illərdə Müdafiə Kəşfiyyat Agentliyinin direktoru olub. Onu həmin vəzifəyə Barack Obama irəli sürmüşdü.

Flynn 1981-2014-cü illərdə orduda xidmət edib. İraqda və Əfqanıstanda olub. Sonda general-leytenant rütbəsində tərxis olub. Flynn ABŞ Ordu Komandanlığı və Baş Qərargah Kollecini bitirib. O, həmçinin Hərbi Dəniz Kollecinin məzunudur.

Flynn radikal islamı qlobal sabitliyə ən böyük təhlükə sayır. Flynn Obama hökumətinin İslam Dövləti təşkilatı ilə apardığı mübarizəyə tənqidi yanaşır.

Flynn hesab edir ki, İslam Dövləti Təşkilatı ilə mübarizədə ABŞ Rusiya ilə birlikdə işləməlidir. Rusiyanın Ukraynadakı roluna da Flynn-in baxışları sərt deyil. Moskva səfəri zamanı ziyafətdə onun Rusiya prezidenti Putinlə yanaşı oturması da Rusiyaya münasibətdə sərt mövqe tutanları narahat etmişdi.

Flynn noyabrın 8-də Hill qəzetində yazıb ki, ABŞ Fətullah Gülen kimi radikal islamçıya sığınacaq veməməlidir.

Flynn yazır ki, “ABŞ maraqları üçün Türkiyənin həyati rolunu anlamağa başlamalıyıq. İraqda və Suriyada İslam Dövləti təşkilatına qarşı mübarizədə Türkiyə həqiqətən ABŞ-ın ən güclü müttəfiqidir. Türkiyə regionda da sabitlik mənbəyidir”

SESSİONS

Trump Sessions haqda da deyir ki, “dünya səviyyəli hüquşünasdır və hüquq müəllimləri ona heyrandırlar”.

69 yaşlı Sessions 1996-cı ildən senatordur. Ondan əvvəl isə öz doğma ştatı Alabamanın baş prokuroru olub.

Senatın ən qatı mühafizəkarlarından olan Sessions qanunsuz miqrantlar və sərhəd təhlükəsizliyində çox sərt mövqe tutur.

O, baş prokuror olduğu vaxt afro-amerikalılar haqda dediyi irqçi sözlərə görə 1986-cı ildə federal hakim ola bilməmişdi.

Trump prezidentliyə namizədliyini irəli sürəndə Trumpı dəstəkləyən birinci respublikaçı senator məhz Sessions oldu.Trump hətta onu vitse-prezidentliyə namizəd irəli sürmək istəyirdi.

Sessions Albama universitetinin hüquq fakultəsini bitirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG