Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:17

Əziz Əliyev haqqında prezident sərəncamı


Əziz Əliyev
Əziz Əliyev

Noyabrın 18-də Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illiyinin keçirilməsiylə bağlı Prezident Sərəncamı çıxıb.

Prezident.az saytının yaydığı xəbərə görə, 2017-ci il yanvarın 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 ili tamam olur.

Sərəncamda deyilir ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.

Buna da bax:​ Əziz Əliyevə Mahaçqalada abidə qoyulur

Sərəncamda qeyd olunur ki, Azərbaycan xalqı qarşısında böyük xidmətlərini nəzərə alaraq, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi yubileyə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG