Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:13

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi Cinayət-Prosessual Məcəlləyə hüquq-mühafizə orqanlarının hal şahidləri olmadan da axtarış və müsadirə həyata keçirməsinə imkan verən düzəlişlər layihəsini təsdiq edib.

CPM-in 236.4 və 244.1-ci maddələrə düzəlişlər bundan sonra prosesin video çəkilişi aparılırsa, hüquq-mühafizə orqanları əməkdaşlarının hal şahidləri olmadan da axtarış və müsadirə həyata keçirə biləcəyini nəzərdə tutur.

Bu yaxşıdır ya pis? Vəkillərin dediyinə görə, son illər hal şahidləri kimi gizlincə polis və ya digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən şəxslərdən istifadə olunur. Belə hallar xüsusən gənc fəalların işlərində olub. Vəkillər eyni şəxslərin eyni zamanda bir neçə işdə hal şahidi kimi iştirak etdiyinə dəlillər göstərib ki, bu da araşdırma prosesininin özünü şübhə altına qoyur.

İndi onları çıxaranda, videonun obyektivliyinə təminat varmı? Təminat varmı ki, bu videolarda montaj olmayacaq? Videonu kim çəkəcək?

Mahmud Hacıyev

Mahmud Hacıyev

Keçmiş polis rəisi, istefada olan polis polkovnik-leytenantı Mahmud Hacıyev deyir ki, hal şahidliyi institutu çürük bir şeydir.

Onun sözlərinə görə belə bir institutun olması inamsızlığın göstəricisidir.

Keçmiş rəis deyir ki, inkişaf etmiş sivil ölkələrdə bu yoxdur. Amma gərək video çəkilişlər obyektiv aparılsın.

Hüquq müdafiəçisi Əsabəli Mustafayevin sözlərinə görə hər şey istintaqı aparan şəxslərin istəyi ilə bağlıdır.

Əsabəli Mustafayev

Əsabəli Mustafayev

Hüquq müdafiəçisi bildirir ki, hal şahidlərinin iştirakı daha məqsədəuyğun olsa da təəssüflər olsun ki, hal şahidləri bəzən elə istintaqın öz adamları olur.

Əsabəli Mustafayev deyir ki, əsas məsələ istintaq orqanlarının qərəzsiz, obyektiv işləməməsindədir.

Vəkil Yalçın İmanov bu dəyişikliklərin hal şahidliyi institutunun nöqsanını aradan qaldıracağını hesab etmir.

Yalchın Imanov

Yalchın Imanov

Onun sözlərinə görə hal şahidliyində adətən polislə əməkdaşlığı olan şəxslərdən istifadə olunur.

Vəkil deyir ki, niyyət indiki kimi davam edəcəksə, yəni qeyri-qanuni yolla əldə olunmuş sübutları toplamaq marağını nümayiş olunacaqsa heç bir dəyişiklik işə yaramayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG