Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Noyabrın 18-də qətldə təqsirləndirilən Elməddin Ağayevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində insident baş verib.

APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrlik etdiyi məhkəmə heyəti E.Ağayevin 19 il müddətinə azadlıqdan məhrum olunması ilə bağlı hökm verib.

Buna da bax:​ Borca görə qətl

Təqsirləndirilən şəxsin prosesi izləyən yaxınları hakimlərin çıxardığı hökmə etiraz ediblər. E.Ağayevin qohumu olan qadın üzərinə benzin tökərək intihara cəhd edib. Zaldakılar intihara cəhdin qarşısını alıblar.

Məhkəmə prosesi Bakı sakini Ələddin Qarayevin ölümü ilə bağlıdır.

Ə.Qarayev Bakıdakı kafelərdən birinin sahibi olub. Təqsirləndirilən E.Ağayev həmin kafenin mühafizəçisi olub.

Aralarında yaranan mübahisə zəmnində E.Ağayevin Ə.Qarayevə və onun oğlu Əmrah Qarayevə bıçaqla xəsarətlər yetirdiyi bildirilir. Ə.Qarayevin həmin xəsarətlərdən öldüyü qeyd edilir.

Buna da bax:​ Heykələ yazı yazmış gəncə 10 il verən hakim kimdir?

Təqsirləndirilən şəxsin yaxınları hökmü sərt sayırlar.

İntihara cəhdə gətirib çıxaran hökmü verən hakim Ənvər Seyidov bir müddət öncə başqa bir məhkəmə işində gündəmə gəlmişdi.

Ə.Seyidov keçmiş prezident Heydər Əliyevin heykəlinə şüarlar yazmaları ilə tanınan gənclərdən Qiyas İbrahimova narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum etmə cəzası vermişdi. Həmin işdə dövlət ittihamçısı Q.İbrahimova daha az - 9 il iş istəmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG